
Sahaja Yoga həyata tarazlıq gətirir
İnsanların əksəriyyəti stres yaşayır, özünü həddən artıq yüklənmiş hiss edir.
Hər insanın içində fiziki, emosional və mənəvi rifahını idarə edən enerji mərkəzləri (çakralar) və kanallar (nadilər) sistemi var.
Az bir müddətdə daxili mənəvi enerjinizi (Kundalinini) oyatmaq üçün Sahaja Yoqa meditasiya üsulunu sınaya bilərsiz (Aydınlanma meditasiyası). Bu, sizi hər tərəfi əhatə edən kosmik enerji ilə birləşdirəcək, zehninizi, bədəninizi və ruhunuzu zənginləşdirəcək və öz üzərinizdə işləyib özünüzü dəyişməyə imkan yaradacaq.
Sahaja Yoga, 1970-ci ildə Şri Mataji Nirmala Devi tərəfindən kəşf edilmiş, sadə və dərin bir üsuldur. Bu, insanın içində yatmış olan Kundalini enerjisinin oyanması ilə Aydınlanmaya qovuşmasıdır. Sahaja Yoga, Aydınlanma əldə etməyin və onu dərinləşdirərək həyatımıza tətbiq etməyin bir yoludur.
Şri Mataji Nirmala Devi deyir: "Sahaja Yoga üsulu həqiqət axtaran hər bir insanın bu dünyaya gəldiyi andan Aydınlanmanı almaq haqqını nəzərdə tutur. Bu, insanın etməli olduğu son irəliləyişdir və bunun üçün də mükəmməl bir canlı mexanizm mövcuddur." Bu sözlər, Sahaja Yoga-nın hər bir insan üçün Aydınlanmaya çatmaq üçün təbii və sadə bir yol olduğunu izah edir.
Sahaja Yoga digər meditasiya növlərindən nə ilə fərqlənir?
Sahaja Yoga bənzərsizdir, çünki Kundalininin oyanma təcrübəsini alaraq tamamilə kortəbii bir meditasiya vəziyyətinə və ya düşüncəsiz fərqindəliyə düşmək mümkündür. Bizi bütün düşüncələrdən üstün yüksəldən, özümüzü və ətraf dünyanı dərk etməyimizi, zehni anlayışlardan azad olmağımızı təmin edən qeyri-adi bir canlı təcrübədir.
Məhz düşüncəsiz fərqindəlik Sahaja Yoganı digər meditasiya növlərindən fərqləndirir. Həmin halda təbii olaraq sevinc və rahatlıq hiss edirik. Meditasiyanın təsiri uzun müddət davam edir və müntəzəm təcrübə ilə artır.
Sahaja Yoganın başqa bir fərqləndirici xüsusiyyəti meditasiya praktikası ilə daxili potensialın açılması və həyatın hər hansı bir çətinliyini aradan qaldırmaq üçün lazımi keyfiyyətlərin əldə edilməsidir. İnsan öz-özünün müəllimi, "qurusu" olur. Sahaja Yoganın səviyyələri yoxdur. Meditasiya dərsləri keçirən hər kəs təcrübələri ilə bölüşmək istədikləri üçün bunu könüllü olaraq edir. Sahaja Yoga meditasiyaları və bilikləri dünyanın bütün ölkələrində tamamilə pulsuzdur.
1970-ci ildən bəri, Sahaja Yoga dünyada 110-dan çox ölkəyə yayılıb. Sanskrit dilində "sahaja" sözünün mənası "spontan", "yoga" isə "öz-özünə birləşmə"dir. Yəni, Sahaja Yoga insanın Aydınlanmaya doğru öz təbii və sponton şəkildə irəliləməsini təmin edir. Aydınlanma haqqında bilik çox qədimdir, amma yalnız az sayda insan üçün əlçatan idi. Keçmişdə bu biliyi əldə etmək çətin olsa da, Şri Mataji bu müdrikliyi hər kəs üçün əlçatan etdi və Aydınlanma, artıq milyonlarla insanın real təcrübəsinə çevrildi.
Sahaja Yoga Meditasiyası vasitəsilə şüurumuz mütləq Həqiqəti birbaşa hiss edəcək bir növ yeni ölçüyə yüksəlir. Bu, sanki bir toxumdan böyük bir ağacın böyüməsi kimi, öz-özünə, səy göstərmədən baş verir. Mənəvi yüksəlişin təbii olaraq gətirdiyi fiziki, zehni və emosional tarazlıq isə bu prosesin təbii nəticəsidir.
Hər bir insanın öz kökləri haqqında məlumat əldə etməsi çox vacibdir. Şri Mataji Nirmala Devi deyir: "Sahaja Yoga hər kəsə öz mənəvi rəhbəri olmağa imkan verir." Bu, bizim öz daxilimizdəki həqiqəti tapmağımıza və özümüzü tam anlamamıza imkan verir.
Sahaja Yoga üçün ilk şərt, Aydınlanma əldə etməkdir. Çünki Kundalini oyanmasa, çakralarımızın vəziyyətini başa düşə bilmərik və düzgün meditasiya edə bilmərik. Kundalinisiz mənəvi yüksəlmək üçün bizim yalnız iki əsas vasitəmiz var – ağlımız (şüurumuz) və şüursuzluğumuz. Lakin ağıl öz yaratdığı problemləri həll edə bilmir, hətta həll olunan hər bir məsələnin arxasında yeni bir problem gizlənir. Şüursuzluğumuz isə şüurdan kənar olduğu üçün birbaşa təsir edə bilməz. Lakin Kundalini, bu iki alətin fövqündə bir vasitədir, o, bizə mənəvi inkişaf yolunda doğru yolda irəliləməyə kömək edir.
İkinci şərt özümüzü dəyişdirməyə hazır olmaqdır. Özünə dürüst baxmaq, çatışmazlıqlarımızı və üstünlüklərimizi olduğu kimi qəbul etmək və pisliyi pis, yaxşılığı isə yaxşı olaraq görmək vacibdir. Bu mərhələdə ən önəmli şey özümüzə etibar etməkdir. Kundalini oyanıb çakralarımızı işıqlandırdıqdan sonra yalnız içimizdə nəyin doğru, nəyin yanlış olduğunu aydın şəkildə görə bilərik.
Son olaraq, üçüncü şərt meditasiyadır. Gündəlik meditasiya vacibdir və bunu tək başına yox, birgə etmək daha faydalıdır. Birlikdə meditasiya etmək, daha çox enerji və daha çox təcrübə gətirə bilər.
Sahaja Yoga nə bir dəbdir, nə də alternativ bir metod. Bu, sadəcə bir həyat tərzidir. Bu səbəbdən də Sahaja Yoga təşkilat şəklində mövcud deyil, üzvlük və siyahılar yoxdur. Bu, cansız bir təşkilat deyil, canlı bir kollektiv orqanizmdir. Bədənin hüceyrələri kimi, Aydınlanma əldə edən hər bir insanın hüceyrələri də bu müsbət enerjidən faydalanır və aydınlanır. Həqiqət axtarışında olan insan yalnız Kundalininin oyanışı ilə özünə yeni bir həyat yaradır.
Bütün bunları anladıqca, insan öz içindəki həqiqəti daha dərindən hiss edir və həyatını bu yeni anlayışla yaşayır.