Məzmuna keçin

Meditasiya - Sahaja Yoga Azerbaijan

image/svg+xml
Haqqımızda       Sahaja Yoga        Meditasiya        Bizə qatılın            AZ  |  RU |  EN
AZ  |  RU | EN
image/svg+xml
Meditasiya zamanı heç bir şey etməməlisiniz, onun mahiyyəti məhz budur. Meditasiya – Tanrının mərhəmətinə təslim olmaqdır.
Şri Mataji Nirmala Devi
Sahaja Yoga meditasiyası nədir?

Əlbəttə ki, meditasiyanın nə olduğunu izah etmək asan deyil. Meditasiya zamanı necə oturmaq, hara baxmaq, nə etmək – bunları göstərmək olar. Meditasiya isə şüurun vəziyətidir, yəni daxildə baş verən hadisədir. Buna görə təsvirimiz heç də tam olduğunu iddia etmir, çünki meditasiyanın nə olduğunu hər kəs yalnız və yalnız öz təcrübəsi ilə anlaya bilər.

Lakin bəzi şeyləri sözlə təsvir etmək mümkündür.

Beləliklə, Sahaj Yoga meditasiyası - Kundalini enerjisinin onurğa boyunca qalxdığı və Sahasrara çakraya çatdığı bir prosesdir. Əgər siz Aydınlanmanızı almamısınız (Kundalininiz hələ oyanmayıbsa), meditasiya vəziyyətini tam duya bilməzsiniz.


Şri Mataji gündə iki dəfə, 10-15 dəqiqə meditasiya etməyi tövsiyə edirdi. Əlbəttə ki, istəsəniz daha uzun müddət meditasiyada qala bilərsiniz, amma başlanğıc üçün bu kifayətdir.

Meditasiya zamanı Kundalini enerjisi necə yüksəlir?
Kundalininin yüksəlməsi üçün bizim istəyimiz vacibdir.

Axı bu enerjidir, Onu idarə etmək mümkün deyil. Məsələn, əllərimizi necə idarə edə bilirik. Bu müstəqil bir enerjidir və yüksəlmək üçün şərait əlverişli olduqda özü qərar verir. Bunun üçün yalnız bizim saf arzumuz lazımdır.
 
Diqqətimizlə Kundalinimizin yüksəlişinə kömək edə bilərik. Unutmayın ki, bu enerji heç vaxt iradəmizə qarşı hərəkət etməyəcəkdir.


Kundalini nədir?

Kundalini sanskrit dilindən tərcümədə "burum" deməkdir. Kundalini, oyanaraq bütün çakraları birləşdirən və bizə Yoga verən enerjidir, yəni hər tərəfi əhatə edən İlahi sevgi enerjisi ilə "birlik" verən enerjidir.
Kundalini mənəvi Anamızdır, bizim və problemlərimiz haqqında hər şeyi bilir və çox şəfqətli bir enerji olaraq çakralarımızı saflaşdırır və onlara qayğı göstərir. Kundalininin oyanmasına "ikinci doğum" deyilir.

Aydınlanma nədir?

Bütün dinlərdə deyilir: "Özünüzü tanımalısınız." Bu sadə, lakin dərin təlim bizi ən böyük həqiqətə - öz daxilimizə, öz gerçək təbiətimizə yönəldir. Aydınlanma isə bizə bu yolda bir işıq verir, içimizi aydınlatmağa kömək edir.

Aydınlanma bir ayin və ya ritual deyil, xüsusi bir enerjinin (Kundalininin) oyanma prosesidir. Bu enerji, saf və təmiz istək enerjisidir, hər birimizin daxilində yatmış vəziyyətdə olan bir gücdür. O,  doğru vaxtda oyanıb, onurğa sütunu boyunca yüksəlir və çakraları işıqlandırır, onların keyfiyyətlərini ortaya çıxarır.

Aydınlanma bütün dinlərdə müxtəlif adlarla tanınır. Xristianlıqda bu "yenidən doğulmaq", İslamda "dirilmə", Buddizmdə "maarifləndirmə", Hinduizmdə "Kundalininin oyanışı" kimi ifadə olunur. Hər bir din öz dilində, amma eyni mənada, insanın daxili aləminə doğru bir dönüşü bildirir.

Kundalininin oyanışı süni bir şey deyil, ağıl vasitəsilə əldə edilən bir anlayış da deyil. Bu proses birbaşa başın üstündə və əllərdə bir əsinti kimi hiss olunur. Aydınlanma alandan sonra, artıq bu enerjinin varlığını sərinlik kimi hiss etmək mümkündür. Əgər Kundalini çakramızdan sərbəst şəkildə keçirsə, biz barmaqlarımızda sərinlik hiss edirik; əgər bir maneə ilə qarşılaşırsa, barmağımızda hərarət, gizilti və ya yüngül uyuşma hiss olunur. Bu, bizi xəbərdar edir ki, çakramızda bir blokaj var və həmin blokajı təmizləmək üçün işləməliyik.
Sahaja Yoga üsulları ilə biz bu enerjinin təmizlənməsinə və yüksəlməsinə kömək edə bilərik. Hər bir çakra təmizlənərək, bizə müəyyən keyfiyyətlər qazandırır ki, bu da Kundalininin daha sərbəst yüksəlməsinə imkan verir.

Kundalini bizə hüzur, qorunma, məmnunluq və azadlıq bəxş edir. O, eyni zamanda bizə mərhəmət və sevgi hisslərini də aşılayır. Bu, yalnız fiziki deyil, mənəvi səviyyədə də dərin bir dönümə yol açır, bizə daha dərin, daha səmimi və dinc bir həyat yaşamaq üçün imkan yaradır.

Aydınlanmanızı indi alın!

Özünüzü rahatlanmış hiss edirsiniz?

İlk təcrübənizi müntəzəm meditasiyalarla daha da dərinləşdirə bilərsiniz. Sahaja Yogada lazımi tarazlığa gəlməyinizə kömək edəcək bir sıra texnikalar öyrənə bilərsiniz. Gündəlik meditasiya təcrübənizi uyğunlaşdıra bilərsiniz. Müəyyən bir fiziki və ya emosional vəziyyətə diqqət yetirə və ona təsir edən çakraları və ya kanalları təmizləyə bilərsiniz. Qrupda meditasiya edə və kollektiv təkamüldən faydalana bilərsiniz.
 
Bakıda keçirilən onlayn və canlı meditasiyalarımıza qatılın!

image/svg+xml
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
image/svg+xml
Məqaləyə qayıt