Məzmuna keçin

Şri Mataji Nirmala Devi - Sahaja Yoga Azerbaijan

image/svg+xml
Haqqımızda       Sahaja Yoga        Meditasiya        Bizə qatılın            AZ  |  RU |  EN
AZ  |  RU | EN
image/svg+xml
Şri Mataji         Kundalini          Çakralar         Enerji kanalları
Şri Mataji Nirmala Devi – Sahaja Yoganın banisi

Şri Mataji Nirmala Devi (21.03.1923-23.02.2011) hər kəs üçün əlçatan olan unikal Kundalini oyanma metodunun yaradıcısıdır. Sahaja Yoga - Kundalini enerjisinin yüksəltmə  üsuludu. Bu, heç bir xüsusi səy tələb etmədən, milliyyətindən, dinindən və yaşından asılı olmayaraq hər kəsin tətbiq edə biləcəyi mənəvi özünü dərk etmə üsuludur. Şri Mataj bu metodun xüsusiyyətlərini izah edərək həyatını Sahaja Yoganın yayılmasına həsr etmişdir.
 
Şri Matajinin həyatı və fəaliyyəti.

Şri Mataji Nirmala Devi 1923 – cü ildə, martın 21-də, Hindistanın mərkəzində yerləşən Çindvarda, nəcib mənşəli xristian ailəsində anadan olub. Onun əcdadları qədim İmperator Şalivaxan sülaləsinə aiddir. Atası, Prasad Salve, görkəmli bir insan idi. Hindistanın müstəqilliyi uğrunda mübarizədə əsas rol oynayırdı və Konstitusiya Məclisində (müstəmləkə Hindistanında) və birinci parlamentdə (müstəqil Hindistanda) yeganə xristian təmsilçi idi.

Prasad Salve bir çox dillərdə danışırdı, ilk dəfə Quranı Hind dilinə tərcümə etmişdi. İncəsənəti, elmi və müasir ədəbiyyatı çox yaxşı bilirdi. Şri Matajinin anası riyaziyyat elmləri namizədi idi. Şri Matajinin valideynləri Hindistanın müstəqilliyi uğrunda mübarizədə fəal iştirak edən Mahatma Qandinin dostları və ortaqları idi. Şri Mataji tez-tez Mahatma Qandinin aşramında olurdu. Qandi Şri Matajinin mənəvi qabiliyyətlərini qeyri-adi dərəcədə yüksək qiymətləndirdi və gənc yaşına baxmayaraq bəzən mənəvi məsələlərdə onunla məsləhətləşirdi. Daha sonra Şri Mataji tibb təhsili aldı və Hindistan Milli Konqresinin Gənclər şöbəsinə rəhbərlik edərək Hindistanın müstəqilliyi uğrunda hərəkatında fəal iştirak etdi.

1947-ci ildə Şri Mataji Çandrika Prasad Şrivastava ilə ailə qurdu. Çandrika Prasad Şrivastava bir müddət Hindistan Baş naziri L. B. Şastrinin şəxsi katibi idi, daha sonra Hindistanın Dövlət Dənizçilik şirkətinin rəhbəri oldu və demək olar ki, Hindistan donanmasının "atası" idi. Ardıcıl bir neçə dəfə BMT yanında Beynəlxalq Dəniz Təşkilatının Baş katibi seçilmişdi, İsveçdəki Dünya Dəniz Universitetinin yaradılmasının təşəbbüskarı və qurucusu idi. Şri Mataji və Çandrika Prasad Şrivastavanın iki evli qızı, dörd nəvəsi var.

Yetmişinci illərin əvvəllərində Sri Mataji, Kundalini adlanan daxili enerjinin öz-özünə oyana biləcəyini və ən əsası, bu sistemin kollektiv mexanizmini izah edən sistemi yaradır, Həmin sistemi Sahaja Yoga adlandırır (mənası - təbii, spontan). Şri Matajinin həyatı bu vacib kəşfin mümkün qədər geniş şəkildə həyata keçirilməsinə həsr olunmuşdu və bu məqsədlə demək olar ki, bütün dünyanı gəzirdi, nəticədə Avropa, Şimali və Cənubi Amerika, Avstraliya və doğma Hindistan da daxil olmaqla bir çox ölkədə Sahaja Yoga praktikasına maraq yaratdı.
         


  Şri Matajinin Valideynləri Mahatma Qandi ilə görüşdə
       
Şri Mataji ilk dəfə 1989-cu ildə SSRİ-yə gəldi və ilk Sahaja Yoga proqramını Sankt-Peterburqda keçirtdi. Elə həmin il SSRİ Səhiyyə Naziri ilə görüşdü. Bu görüşdən sonra Sovet İttifaqında Sahaja Yogaya tam dövlət dəstəyi verildi. Sri Matajinin fədakar əməyi çox sayda beynəlxalq mükafata layiq görüldü, bunların siyahısı mətnin bir neçə səhifəsini alacaqdı, lakin onun fədakar xidmətinin əsas nəticəsi - sağlamlıq, sevinc, mənəvi rifah və sevgi əldə edən, dünyanın onlarla ölkəsində həyatının həqiqi mənasını dərk edən minlərlə insan idi.
 
Şri Mataji 23 fevral 2011-ci ildə dünyasını dəyişmişdir.

image/svg+xml
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
Copyright © SAHAJA YOGA AZERBAIJAN
AYVUS.COM tərəfindən hazırlanmışdır
image/svg+xml
Məqaləyə qayıt